img
img

SƏHƏR OYANMAQ ŞÜKÜR VƏSİLƏSİDİR

Hər insan ömrünün üçdə birini yataraq keçirir. Hər gün gördüyümüz və əslində böyük möcüzə olan yuxu, ümumiyyətlə bildiyimizin əksinə bütün bədən sistemlərinin passivləşdiyi dinclik müddəti deyildir. Çünki yuxu əsnasında bədən aktiv yenilənmə müddətinə girir. İndi yuxuda insan bədəninin necə yenilənmə müddətində olduğuna nəzət yetirək.

Yuxu insan həyatının imtina edilməyən ehtiyacları arasında yer tutur. Bədənimizin suya, oksigenə və qidalara ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Ömrümüzün təqribən 1/3-i yuxuda keçdiyindən, stabil bir ömür sürmək üçün istirahət növü olan yuxu mühüm əhəmiyyət daşıyır. Yuxu passiv istirahət etmək deyildir. Yuxu əsnasında gün boyu zehniməşğul edən fəaliyyətlər, gərginliklər və hafizədə qalan məlumatlar adətən kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Yuxuda hormon səviyyəsi tarazlanır, həzm sistemi işləyir, immunitet sistemi fəaliyyətə başlayır, dəri təzələnir. Hüceyrə bölünməsi yuxuda aktiv şəkildə davam edir.

YUXUDA NƏLƏR YENİLƏNİR

Hər gün 10 qram ölü dəri hüceyrəsinin atılması ilə dərimizin hamar qalması təmin olunur. Bunun gerçəkləşməsi üçün hər axşam dərimizin ən üst təbəqəsindəki hüceyrələr bölünməyə başlayır. Yuxu əsnasında isə böyümə hormonunun artması ilə birlikdə bu reaksiya sürətlənir. Gecənin səssizliyi bunun üçün ən ideal mühitdir. Çünki gecə nə günəş, nə külək, nə də hərəkət hüceyrə bölünməsinə mane ola bilməz. Elə bu yenilənmə saatlarında dərinin, başda oksigen olmaqla, bir sıra qida maddəsinə ehtiyacı var. Alınan hər nəfəsdə dəri ehtiyacı olan oksigeni anbara yığır. Buna görə də mütəxəssislər axşamları yatmazdan əvvəl yataq otağının yaxşı havalandırılmasını tövsiyə edirlər. Yatarkən, xüsusilə də yuxu gördüyünüz saatlarda bədən hərarətinin 2 dərəcə artması ilə birlikdə, orqanizm bol miqdarda maye ifraz edir. Elə buna görə də səhərləri oyanarkən saçlarımız nəmlənmiş, forması pozulmuş olur. Yağ vəziləri gecələri yeniləndiyindən, yuxu vaxtı yağ ifraz edilməsi adətən azalır. Buna görə də dərisi quru olanların səhər daha da qurumuş dəri ilə oyandıqları bilinir. Yuxu üzrə mütəxəssislər qanımızdakı böyümə hormonununsəviyyəsinin yuxuya gedən kimi, ani bir yüksəliş göstərdiyini sübut ediblər. Buna görə dəkifayət qədər yatdıqdan sonra bədən yenilənmiş bir tərzdə oyanır.

NƏ VAXT NƏ QƏDƏR YATMALIYIQ?

Gündəlik yuxunun müddəti insana və yaşa bağlı olaraq dəyişir. Ümumiyyətlə, yaşa dolduqca yatmaq müddəti azalır. Lakin gündəlik təxminən 6 ilə 8 saat arası yuxu yetkin insan üçün kifayətdir. Tez-tez kifayət qədər dərin yuxu yata bilməyən insanların xəstəliklərə qarşı müqaviməti daha zəif olur. Belə hallarda bədənin ritmi nəzarətdən çıxır. Bu natarazlıq dəridə əks olunur: dəri quruyur, qabıq verir, çatlayır, hüceyrə bölünməsi qaydasında olmadığı üçün dəri daha da nazikləşir. Quru dəri daha da quruyarkən, yağlı dəri daha da pozulur.

Mütəxəssislər yuxu üçün ən ideal olan vaxtın gecə yuxusu olduğunu bildirirlər. Hər cür yuxu pozğunluğu olsa belə, gündüz yuxusu ilə əvəz etməyi tövsiyə etmir, gecə yatmağın əhəmiyyətli olduğunu vurğulayırlar. Hüceyrə yenilənməsi və hormon reaksiyaları yalnız gecələri meydana gəldiyi üçün bildiyimizin əksinə günorta yuxusunun böyük əhəmiyyəti yoxdur. Çünki beynimizin ifraz etdiyi melatonin hormonu hava qaraldıqdan sonra hazırlanır. Dərinin yenilənmə əməliyyatını elə bu hormon icra edir. Belə ki, rəbbimiz olan uca Allah Quranda bu vəziyyətə belə diqqət çəkmişdir:
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (“Furqan”surəsi, 47)

YUXUSUZLUQ

Bədənimizdə gündəlik yuxu-oyaqlıq dövrünü idarə edən mexanizm mövcuddur. Sirkadien ritim adlı bu mexanizm bədəndə olan və təxminən 24 saatlıq vaxta görə nizamlanmış olan bioloji saat tərəfindən idarə edilir. Ümumiyyətlə, ətraf mühitdən və daxildən gələn faktorlar səbəbindən bu ritim pozulur və bu da yuxusuzluğa gətirib çıxarır. Bununla bərabər, nizamsız yuxu vərdişi, psixoloji səbəblər, nevroloji narahatlıqlar, hormonal pozğunluqlar, fizioloji və irsi faktorlar da yuxusuzluğa səbəb ola bilir. Yuxusuzluq, digər adı ilə “insomnia” ağrı verən xəstəliklərdən sonra cəmiyyətdə ən çox bildirilən ikinci şikayətdir. Amerika cəmiyyətində bu narahatlıq tibbi ehtiyac, qəza itkiləri, işə gəlməmə itkisi və istehsalda azalma zərərləri olaraq ildə təxminən 100 milyard dollar itkiyə səbəb olur.

Yuxusuzluq ümumi yatmaq saatı olaraq deyil, kifayət qədər vaxt və keyfiyyətdə yuxusunu almayaraq, səhərə dincəlmiş olaraq qalxmamaq şəklində təsvir edilir. Məsələn, gündəlik yuxu ehtiyacı 5 saat olan və 5 saat yuxudan sonra səhər dincəlmiş olaraq qalxan biri yuxusuzluqdan əziyyət çəkmir.

YUXU POZĞUNLUĞU

Yuxu pozğunluğu deyildikdə ən çox qarşılaşılan vəziyyətlər yata bilməmək, yuxuya getməmək, yuxu kəsilməsi, ya da səhər erkən saatda oyanıb yenidən yuxuya getməmək nəzərdə tutulur. Lakin çox yatmaq ya da yastığı görən kimi yuxuya getmək də yuxu pozğunluğudur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji olanıdır. Bütün yuxu xəstəliklərinin bir əlaməti olaraq ortaya çıxa bilir. Bundan başqa daxili, psixiatrik və dərmanlarla əlaqəli vəziyyət də ola bilir.

Psixofizioloji yuxusuzluq tipik olaraq stress kimi faktorlardan əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Belə yuxusuzluqdan əziyyət çəkən insanların yatmağa gedərkən yuxuya getməsi çox vaxt alır və yuxularıtez-tez oyanmalarla parçalanır.

Buna səbəb olan nevroloji pozulma,həm yüngül, həm şiddətli dərəcələrdə olduğu kimi, yata bilməmək də yüngül və ya ağır, hətta dayanılmaz ola bilir. Bu cür yuxusuzluqda psixoloji funksiyalar diqqət çəkəcək qədər normaldır. Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər. Bununla birlikdə, yuxuda gəzmək, yuxuda qorxu kimi yuxu pozuqluqları da geniş yayılmışdır.

Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə, mühüm xəstəliklərə və hətta ölümə yol açır, depressiyanın inkişaf etməsində risk faktoru ola bilir.
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (“Zumər”surəsi, 42)

APNE VƏZİYYƏTİ VƏ YUXUDA RUHUN ALINMASI

Yuxuda nəfəs kəsilməsi olaraq bilinən apne insan həyatı üçün ciddi problemlərə səbəb olur. İlk dəfə 1965-ci ildə aşkar olan apne yunan dilində “nəfəs arzusu” deməkdir. İki cür yuxu apnesi müəyyən olunub: birincidə beyin,tənəffüsü başladan nəfəs alma əzələlərinə doğru siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qandakı oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritim pozğunluqları baş verir. Yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infarkt və ifliclər baş verir.

Göründüyü kimi, yuxu əsnasında insan həyatı bir çox təhlükə ilə qarşı qarşıyadır. Belə olduqda hər səhər sağlam olaraq yuxudan oyanmaq şükür edilməsi lazım olan möcüzəvi haldır. Yuxuda olarkən insan şüurunu və xarici mühiti hiss etmə bacarıqlarını qismən itirir. “Ölümün bənzəri” olan yuxudan şüurlu və bir gün əvvəlki vəziyyətinə qovuşmuş olaraq oyanmaq, qüsursuz görmək, eşitmək və hiss etmək düşünmək üçün möcüzəvi hadisələrdir. Gecə yatmaq üçün yatağına uzanan insan bu bənzərsiz nemətlərin səhər ona yenidən veriləcəyindən əmin ola bilməz. Bundan başqa, insan hər hansı bir fəlakətlə qarşılaşmadan və ya səhhət problemi olmadan oyanacağından da əsla əmin ola bilməz.