GECƏ VƏ GÜNDÜZÜN HƏYAT ÜÇÜN ƏHƏMİYYƏTİ
Atmosfer, istər funksiyaları, istərsə də kimyəvi tərkibi ilə həyat üçün zəruri, mükəmməl örtükdür. Günəş çox fərqli dalğa uzunluqlarında işığı yayır. Lakin bu dalğa uzunluqlarından yalnız çox dar aralıq həyat üçün lazımi olan işığı təşkil edir. Elə bu məqamda mühüm bir möcüzə qarşımıza çıxır: atmosfer elə bir quruluşa malikdir ki, yalnız həyat üçün lazımi olan aralıqdakı işığın keçməsinə imkan verərkən, həyat üçün zərərli olan X şüalarını, qamma şüalarını və digər bütün zərərli şüaları udur, ya da geri əks etdirir. Həyat üçün əhəmiyyətli olan bu seçimdən məsuliyyət daşıyan atmosfer təbəqəsi isə kimyəvi formulu O3 olan “ozon təbəqəsi”dir. Ozon təbəqəsinin kainatdakı digər 1025 ədəd fərqli dalğa uzunluğuna malik şüa növü arasından, yalnız həyat üçün lazımlı olan 4500-7500 A0 aralığındakı görünən işığı keçirməsi bizim üçün xüsusi hazırlanmış möcüzə olduğunun sübutudur. Əgər atmosfer bu aralıqda olan işığı keçirməsəydi və ya bu işıqla birlikdə fərqli dalğa uzunluğundakı işıqları da keçirsəydi, yer üzündə canlılıq qətiyyən mövcud olmazdı. Bu, canlılığın meydana gəlməsi üçün lazım olan yüz minlərlə şərtdən yalnız biridir və bu şərtlərin hamısının əksiksiz olaraq əmələ gəlməsi, canlılığın təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Fərqli dalğa uzunluğundakı işıqlar fərqli rənglər deməkdir.
Gördüyümüz bütün rənglər müəyyən dalğa uzunluğuna və frekansa malikdir. Məsələn, qırmızının dalğa uzunluğu bənövşəyidən uzundur. Bizim rəngləri görə bilməyimizin səbəbi isə gözlərimizin bu həssas dalğa uzunluqlarını qəbul edəcək və beynimizin də bunları şərh edəcək formada yaradılmasından qaynaqlanır.
İşığın dalğa uzunluğu “nanometr” adlanan vahidlə təyin olunur. Bir nanometr isə metrin milyardda birinə bərabərdir. Məsələn, qırmızının dalğa uzunluğu 770, tünd bənövşəyinin isə 390 nanometrdir. Lakin bu, o qədər kiçik vahiddir ki, insanın gözündə canlandırması qətiyyən mümkün deyil. Bundan başqa, bu işıqların tezlikləri var. Bu tezlik “hers” və ya saniyədəki dövrlərin sayı ilə ölçülür. Bir dövr isə dalğanın ən yuxarı və ən aşağı nöqtəsi arasındakı məsafədir. İşıq saniyədə 300.000 km yol qət edir. Əgər dalğa uzunluğu daha kiçikdirsə, fotonlar eyni müddətdə daha çox məsafə qət etmək məcburiyyətində qalırlar.
Bura qədər izah edilən xüsusiyyətlərdən aydın olduğu kimi, bitkinin istifadə etdiyi işıq xüsusi quruluşa malikdir. Bu işıq, həm atmosferdə həssas bir ələkdən keçirilərək süzülür, həm bizim hiss edə bilməyəcəyimiz qədər kiçik məsafə aralığında hərəkət edir, həm də bilinən ən böyük sürətə malikdir. Bundan başqa, həm dalğa olaraq, həm də foton deyilən hissəciklər formasında hərəkət etdiyi üçün maddələri əmələ gətirən atomlara çarparaq kimyəvi reaksiyalara səbəb olmaq xüsusiyyətinə malikdir.
Bu qədər universal quruluşa malik olan işıq böyük məsafələr qət edib bitkiyə çatdıqda, xüsusi antena sistemi tərəfindən qəbul edilir. Bitkidə mövcud olan bu antena sistemi o qədər həssas quruluşa malikdir ki, yalnız bu çox kiçik dalğa aralığında olan işığı tutub və bu işığı emal edə bilən sistemləri başladacaq formada yaradılmışdır. Əgər işıq hər hansı başqa dəyərə, sürətə və tezliyə malik olsaydı, piqment (bitkinin antenası) bu işığı görməyəcək və proses başlamadan bitəcəkdi. Piqment və işıq arasındakı uyğunlaşma çox tez-tez qarşılaşdığımız xüsusi yaradılış nümunələrindəndir. Məsələn, qulaq və səs dalğası, göz və işıq, qidalar və həzm sistemi kimi saysız-hesabsız uyğun yaradılış nümunəsi mövcuddur. Nə işıq öz dalğa uzunluğunu nizamlayır, nə də piqment qəbul edə biləcəyi işığın dalğa uzunluğunu seçmək ixtiyarına sahibdir. Aydındır ki, ikisi də bu sistem üçün xüsusi olaraq yaradılıblar.
RƏNGLİ DÜNYADA YAŞAMAĞIMIZI TƏMİN EDƏN MÖCÜZƏ
İşığı udan bütün maddələr piqment adlandırılır. Piqmentlərin rəngləri əks etdirilən işığın dalğa uzunluğundan, başqa cür desək maddə tərəfindən udulmayan işıqdan qaynaqlanır. Bütün fotosintetik hüceyrələrdə olan xlorofil piqmenti, yaşıldan başqa, görünən işığın bütün dalğa uzunluqlarını udurYarpaqların yaşıl olmasının səbəbi əks etdirilən işıqdır. Qara piqmentlər onlarla toqquşan işığın bütün dalğa uzunluqlarını udurlar. Ağ piqmentlər isə onlarla toqquşan işığın demək olar ki, bütün dalğa uzunluqlarını əks etdirirlər.
Məsələn, bitkilərdəki xlorofil adlanan piqmentlər, həm yaşıl rəngin əmələ gəlməsini təmin edən, həm də fotosintezin baş verdiyi sahələrdir. Piqment karbon, hidrogen, maqnezium, azot kimi atomların bir yerə yığılaraq meydana gətirdikləri molekulların reallaşdırdıqları quruluşdur. Bu cür piqment olan xlorofil həyatın davam etməsində mühüm rol oynayan fotosintezi fasiləsiz həyata keçirir. Xlorofil piqmentinin ölçülərini düşündükdə mövzunun nə qədər incə və həssas hesablar üzərində qurulduğu daha yaxşı aydın olacaqdır.
250-400-ə qədər xlorofil molekulu qruplar formasında mütəşəkkil olaraq, “fotosistem” adlanan və çox mühüm prosesləri reallaşdıran quruluş meydana gətirirlər. Bir fotosistemin içindəki bütün xlorofil molekulları işığı udma xüsusiyyətinə malikdir. Amma hər fotosistemdə yalnız bir xlorofil molekulu həqiqətən işıqdan əldə edilən kimyəvi enerjini istifadə edir. Enerjini istifadə edən molekul fotosistemin ortasında yerləşərək, sistemin reaksiya mərkəzini əmələ gətirir. Digər xlorofil molekulları “antena piqmentlər” adlandırılırlar. Xlorofil a olaraq adlandırılan reaksiya mərkəzinin ətrafında antenaya oxşayan şəbəkə meydana gətirərək reaksiya mərkəzi (yəni xlorofil a) üçün işıq toplayırlar. Reaksiya mərkəzi 250-dən çox antena molekulunun birindən enerji alanda, elektronlarından biri daha yüksək enerji səviyyəsinə qalxaraq qəbul edici molekula ötürülür. Yəni xlorofil a-ya aid olan elektron ətrafda düzülmüş digər xlorofil molekullarına keçir. Bunun sayəsində zəncirvari reaksiya və elektron axını sayəsində fotosintez də başlamış olur. Buna görə də piqment dediyimiz orqanlar fotosintez prosesində mühüm rol oynayır. Bu xüsusi quruluşlu molekullar eyni zamanda ətrafımızdakı yaşıl bitki örtüyünü meydana gətirirlər.
PİQMENTLƏR VƏ TƏKAMÜLÇÜLƏRİN QEYRİ-MƏNTİQİ SSENARİLƏRİ
Görünən işıq piqmentlərin aşkara çıxardığı rənglər və bu milyonlarla rəng tonlarını qəbul edən gözlərimiz Allah tərəfindən sonsuz elm və sənətlə yaradılmışdır. Biri olmadan digərinin mənasını itirəcəyi bu sistemdə rənglər, işıq və göz mükəmməl uyğunluq daşıyırlar.Bitkilərdəki piqmentin yaradılışında istifadə edilən maddədən insan gözündəki piqment olan retina üçün də istifadə olunmuşdur.
Amma eyni maddə bitkidə fotosintezi başladarkən, insan gözündə görüntü ilə əlaqədar mesajları beyinə çatdırmaqla vəzifələndirilmişdir. Birneçə atomun birləşməsindən əmələ gələn maddənin mövcud olduğu yerə görə fərqli xüsusiyyətlərə və vəzifələrə sahib ola bilməsi fövqəladə haldır. Saatda 500 km sürətlə beyinə mesaj çatdıran 600 min sinirlə beyinə bağlı olan göz, eyni anda 1,5 milyon mesajı alıb bunları nizamlayır və beyinə göndərir. İnsan gözündəki kompleks sistem kimi piqmentlərin bitkidə yerinə yetirdikləri vəzifə də çox qarışıq quruluşa malikdir. Təkamülçülər piqmentlə əlaqəli sistemləri açıqlayarkən sistemin kompleks quruluşunu və hər bir hissəsinin eyni anda yaradılmasının zəruriliyini heç gündəmə gətirmirlər.
.Klassik təkamül ssenarisinə görə bitkilər günəş enerjisindən istifadə etmək ehtiyacı hiss etmiş, bunun üçün də təsadüfən piqmentləri meydana gətirmişlər. Burada unudulmamalıdır ki, bu bitkilərin daha əvvəldən piqment kimi bir quruluşdan xəbərdar olmamaları və piqment vəzifəsini yerinə yetirən bir sistemi də bilməmələridir. Təkamülçülərin nəyi müdafiə etdikləri burada açıq formada ortaya qoyulduqda nəzəriyyənin nəyə xidmət etdiyi daha da aydın olur.
Təkamülçülərə görə həyatda qalmaq üçün enerji qaynağı axtaran, şüura və ağıla malik olmayan tək hüceyrəli canlı necə olmuşdursa, günəşin qənaətli və daimi enerji qaynağı olduğunu müəyyən etmişdir. Sonra bu enerjini necə istifadə etməli olduğunu “düşünmüş” və dövrümüzün elm adamlarının belə həll edə bilmədiyi problemləri həll edərək günəş enerjisini kimyəvi enerjiyə çevirən antena sistemi planlaşdırmışdır. Bunun üçün Günəşin uyğun dalğa uzunluqlarını, elektron axınını təmin edən kimyəvi düsturları həll etdikdən sonra istehsala başlamış və müəyyən kimyəvi maddələri həssas nisbətlərdə bir yerə yığaraq piqmenti əmələ gətirmişdir. Təkamülçülərin ağla sığmaz ssenarisi budur.
Bu ssenari məntiqdən uzaq olması ilə birlikdə, açıqlaması da mümkün deyildir. Hər şeydən əvvəl, son vaxtlarda aparılan araşdırmalarda bitkilərin ortaq bir atadan yaranmadığı aşkara çıxmışdır. Təkamülçülərin həqiqətdən uzaq iddialarına görə bunun bir mənası da budur: hər bitki növü fotosintez sistemini ayrı-ayrı, digərlərindən müstəqil olaraq inkişaf etdirmişdir. Bu xəyal dünyasının sərhədlərini aşan ssenaridir. Çünki bitkinin fotosintez kimi dövrümüzün son texnologiyası və elmi nailiyyətləri ilə hətta təqlid edilə bilməyən kompleks sistemi təsadüfən əldə etməsi mümkün deyil. Bu qeyri-mümkünlüyün aşkar şəkildə ortada olmasına baxmayaraq, təkamülçülər bu qeyri-mümkünlüyün dəfələrlə təkrarlandığını iddia edəcək qədər ağıl və məntiqə zidd düşünürlər. Halbuki, fotosintezin mühüm bir hissəsi olan piqmentlərin əmələ gətirdiyi antenalar və onlara bağlı olaraq işləyən sistemlərin quruluşu təsadüflə izah edilə bilməyəcək qədər fövqəladə dizaynı ortaya qoyur.
FOTOSİNTEZƏ TƏSİR EDƏN FAKTORLAR
Fotosintez çox qarışıq və həssas prosesdir. Fotosintez edən bitkinin hər hissəsi bu iş üçün xüsusi dizayna malikdir. Lakin fotosintezin həyata keçməsi üçün lazım olan ünsürlər bitkinin quruluşu ilə kifayətlənmir. Bitkinin quruluşundan başqa, ehtiyac olan faktorların ən vaciblərindən biri də şübhəsiz ki, işıqdır. Daha əvvəl də gördüyümüz kimi, Dünyaya gələn işığın dalğa uzunluğu ilə bitkilərdəki antena və piqment sistemi bir-biri ilə mükəmməl uyğunluq halında yaradılmışdırlar. Lakin işığın dalğa uzunluğu ilə birlikdə, fotosintezə təsir edən başqa tarazlıqlar da var.1-Cİ İŞIĞIN ŞİDDƏTİ VƏ MÜDDƏTİ
Fotosintez, işığın təzyiqi vəmüddətinə bağlı olaraq dəyişir. Bundan başqa, işığın birbaşa ya da dağılmış formada gəlməsi də fotosintez üçün əhəmiyyətlidir. Birbaşa və ya işıq ilə bulud, duman və digər cisimlərə toqquşaraq yayılan işıq arasında mühüm fərqlər var. Birbaşa gələn şüalar işığın cəmi 35%-ni, yayılan işıq isə 50%-60%-ni təşkil edir. Yayılan işığın fizioloji keyfiyyəti daha yüksək olduğu üçün bitkilərin ehtiyacı olan işıq ödənilmiş olur.
Bitkilər də bu iki işığa olan ehtiyaclarına görə “günəş sevən bitkilər” və”kölgə sevən bitkilər” olaraq iki hissəyə bölünürlər. Günəş sevən bitkilər birbaşa günəş işığını qəbul edərək maksimum səmərə əldə edəcək formada yaradılmışkən, kölgə sevən bitkilər meşə kimi kölgəli sahələrdə və ya soyuq buludlu iqlimlərdə, dolayı yolla gələn işıqla maksimum fotosintez edəcək formada yaradılmışlar.
Vələs, cökə, qarağac, göyrüş, sidr və ardıc ağacları isə hər iki mühitdə də yaşamağa uyğun yaradılıblar.
2- Cİ İŞIĞIN MİQDARI VƏ YA SIXLIĞI
İlin müəyyən fəsillərində ekvatordan şimala və cənuba doğru getdikcə işıqlanma və buna bağlı olaraq fotosintez prosesinin müddəti artır. Bu işıqlanmanın müddəti bitkilərdə böyük dəyişikliklər baş verməsinə səbəb olur. Fotosintezin artması ilə bitkilərdəki böyümənin, çiçəklənmənin, yarpaq açmanın inkişaf müddətləri dəyişir. Belə vəziyyətdə qısa müddətə sürətli böyümə həyata keçir. Bu işıq xüsusiyyətinə görə çiçəklər uzun və qısa gündüz bitkiləri olaraq iki hissəyə ayrılır. Məsələn, qısa gündüz bitkisi olan payızgülü payızın əvvəllərində, gündüzün qısa olduğu zamanlarda çiçək açır, uzun günlərdə isə çiçəksiz olaraq böyüyür. Lakin işığın şiddəti nə qədər artarsa artsın, fotosintez yalnız müəyyən sərhədlər daxilində fəaliyyətinə davam edir.
3-CÜ İSTİLİK
Bitkilərin fotosintez edə bilmələri və həyatlarını davam etdirə bilmələri üçün istiliyə ehtiyacları var. Müəyyən istilikdə tumurcuqlarını açaraq çiçəkləyən, yarpaqlayan bitkilər, istiliyin hərarəti aşağı düşdükdə yaşamaq fəaliyyətlərini dayandırırlar. Məsələn, adətən istilik 10 dərəcədən yuxarı olduqda meşə ağacları böyümə dövrünə girirlər. Əkinçilikdə isə bu sərhəd 5 dərəcədir. İstilik artdıqca kimyəvi proseslər də iki, ya da üç dəfə artır. Lakin istilik 38-45 dərəcəni keçdikdə, bitkinin böyüməsi növünə bağlı olaraq yavaşlayır, hətta dayanır.
Ümumiyyətlə, fotosintezin mərhələlərinə, fotosintez edən orqanizmlərə, bu prosesi reallaşdırmaq üçün ehtiyacları olan xüsusi şərtlərə baxıldıqda, yaradılışın mühüm dəlilləri görünür. Həssas və müntəzəm ölçülərin bir yerə yığışması ilə məna qazanan bu sistem hər şeyin yaradıcısı, sonsuz elm sahibi Allah tərəfindən yaradılmış və insanın əmrinə verilmiş bir nemətdir.
4-CÜ FOTOSİNTEZ ÜÇÜN GECƏNİN ƏHƏMİYYƏTİ
Fotosintezin baş verməsi üçün bir yerdə olması zəruri olan şərtlər olduqca çoxdur və bunlardan biri olmadıqda fotosintez də olmur. Bu şərtlərdən biri də gecədir. Bitkilərin yaşamaq və böyüməfəaliyyətləri gecə və gündüz arasındakı istilik fərqləri ilə yaxından bağlıdır. Bəzi bitkilər gündüz çox istiliyə ehtiyac hiss edərkən, gecələri aşağı hərarət istəyirlər. Bəziləri isə bu fərqi istəmirlər.
Günəş çıxarkən yarpaqda buxarlanma və buna bağlı olaraq fotosintez artmağa başlayır. Günortadan sonra isə bu hadisə əks şəkildə reallaşır. Yəni fotosintez yavaşlayır, tənəffüs artır, çünki istiliyin artması ilə birlikdə buxarlanma da sürətlənir. Gecə isə istiliyin azalması ilə birlikdə buxarlanma yavaşlayır və bitki rahatlayır. Əgər gecə yalnız bir gün olmasa, bitkilərin çoxu ölərdi. Gecə eyni ilə insanlar üçün olduğu kimi, bitkilər üçün də istirahət etmək və gümrahlaşmaq vaxtıdır.
Allah Quranda gecə ilə gündüzü, Ay ilə Günəşi və bütün bitkiləri insanların xidmətinə verdiyini belə bildirmişdir:
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allah’ın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır! (“Nəhl”surəsi, 12-13)
Başqa ayələrdə isə gecəni yaradanın Allah olduğu, Ondan başqa heç bir varlığın buna gücünün çatmayacağı belə xəbər verilir:
De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allah’dan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?” O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən (ruzi)axtarasınız. Bəlkə, şükür edəsiniz. (“Qəsəs” surəsi, 72-73)
5-Cİ KARBON DÖVRİYYƏSİ
Bitkilər atmosfer və okeanlardakı karbondioksidi istifadə edərəküzvi birləşmələr əmələ gətirdikləri üçün onları karbon fabriki və ətrafı təmizləyən, yəni təmizləyici müəssisə olaraq düşünmək olar.
Tənəffüs yolu ilə az miqdarda karbondioksid əmələ gətirirlər və bunu dərhal fotosintez üçün istifadə edirlər. Bitkilərin və tək hüceyrəlilərin karbondioksid istehsalı ilə insanların və heyvanların karbondioksid istehsalı arasındakı tarazlıq okeanlarda karbonatların istehsalı ilə bərabərləşmişdir. Bu müddətdə hava və suda olan artıq miqdardakı karbondioksid sərf olunur.
İnsan həyatı havadakı karbondioksid nisbətini böyük miqdarda artırır. Bu artım isə qlobal istiləşmə prosesinə və bunun nəticəsi olaraq istixana effekti deyilən hava istiliyinin artmasına yol verir.
Kabondioksid və digər zərərli kimyəvi maddələrin istifadəsi eyni zamanda turşu yağışına da yol açır. Bütün bu zərərli təsirlərə qarşı ən güclü silah fotosintez edən canlılardır. Əgər yer üzərində belə bir tarazlıq qurulmasaydı, canlılıq heç vaxt mövcudluğunu davam etdirə bilməz, qısa müddət ərzində oksigen çatışmazlığından və karbondioksid zəhərlənməsindən yox olardı. Belə bir problemlə əsla qarşılaşmırıq, çünki hər şeyi müəyyən ölçü ilə təqdir edən üstün elm və ağıl sahibi Rəbbimizin yaratmasında heç bir qüsur və əksiklik yoxdur:
Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (“Furqan” surəsi, 2)