GECƏ VƏ GÜNDÜZ NECƏ ƏMƏLƏ GƏLİR?
Dünyamız və digər bütün planetlər öz oxu ətrafında fırlanırlar. Dünyamızın öz oxu ətrafında
fırlanması nəticəsində gecə və gündüzün əmələ gəlməsi ilə yerli saat fərqi ilə yanaşı, bir çox
hadisə meydana gəlir.
DÜNYANIN GÜNDƏLİK HƏRƏKƏTİNİN NƏTİCƏLƏRİ:
Gecə və gündüzün meydana gəlməsi.Gecə və gündüzlərin bir-birini izləməsi.
Yerin gün ərzində günəş şüalarını qəbul etmə bucağının dəyişməsi.
Gecə və gündüzlərin əmələ gəlməsinin nəticəsində gündəlik temperatur fərqlərinin ortaya çıxması.
Gündəlik temperatur fərqindən asılı olaraq mexaniki təsirin artması
. Küləklərin əmələ gəlməsi.
Atmosferdəki hava axınlarının cəbhə əmələ gətirməsi. 300 - 600 şimal və cənub paralellərində dinamik təzyiq mərkəzlərinin ortaya çıxması.
Okean axıntılarının halqalar əmələ gətirməsi və cərəyanlar yaratması.
Eyni paralel üzərində yerləşən şəhərlərdə günəşin çıxması və batması saatlarının fərqli olması.
Yerli saat fərqlərinin meydana gəlməsi.
DÜNYANIN İLLİK HƏRƏKƏTİ VƏ NƏTİCƏLƏRİ
Orbitin Hərəkəti : Dünyanın günəş ətrafında fırlanarkən izlədiyi yola orbit, meydana gətirdiyi müstəviyə də orbit müstəvisi deyilir. Dünyamızın orbiti şəkildən də göründüyü kimi, ellips formasındadır. Dünyanın bu cür orbit hərəkəti orbit hərəkəti və ya illik hərəkət adlanır.YER OXUNUN ƏYRİLİYİ VƏ NƏTİCƏLƏRİ:
Ekvator ilə Orbit müstəvisi arasında 230°27'-lik bucaq mövcuddur. Dünya Günəş ətrafında orbit hərəkətini edərkən bu bucaq ilə fırlanır. Yer oxunun əyriliyi nəticəsində ortaya çıxan xüsusiyyətlər aşağıdakılardır :Tropiklər meydana gəlir. Tropik: şimal və cənub yarım kürələrində günəş şüalarının ən dik düşdüyü nöqtələrə deyilir. Şimal yarım kürəsində Xərçəng Tropiki (230°27'Şimal) Cənub yarım kürəsində isə Oğlaq Tropiki (230°27'Cənub) mövcuddur.
Riyazi iqlim qurşaqları meydana gəlir.
Günəş şüalarının düşmə bucağı il ərzində dəyişir. Günəş şüaları il ərzində tropiklərə bir dəfə, tropiklər arasına isə iki dəfə dik bucaq altında düşür. Tropiklərdən başqa heç bir yerə günəş şüaları dik olaraq düşmür. Ölkəmiz riyazi mövqeyi baxımından tropiklərdən kənarda yerləşir, buna görə də günəş şüaları dik bucaqla düşmür. 21 iyulda ən böyük bucaqla, 21 dekabrda isə ən kiçik bucaqla düşür.
Fəsillər əmələ gəlir. Dörd fəsilin əmələ gəldiyi qurşaq mülayim qurşaqdır. Səbəbi: günəş şüalarının düşmə bucağında il boyu dəyişikliyin çox olmasıdır. Tropik qurşaqda il boyu yay mövsümü, Qütb qurşağında isə il boyu qış mövsümü hakimdir.
Eyni tarixlərdə şimal və cənub yarım kürələrində fərqli mövsümün olması.
Gecə-gündüz uzunluğu daim dəyişir. Bu dəyişiklik ən az Ekvatordadır. Qütblərə doğru getdikcə gecə gündüz dəyişikliyi artır.
O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür,gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.(Zumər surəsi, 5)
Ayədə gecə və gündüzün yaranması üçün dünyanın hərəkəti, “dairəvi bir cismi büküb örtmək” mənasını verən “təkvir” feilindən əmələ gəlib, “yukevviru” kəliməsi ilə təsvir edilir. Bu kəlmə dünyanın kürə formasında olması ilə birlikdə, Günəşin ətrafındakı hərəkətini də ifadə edir. Dünyanın kürə şəklinə və öz oxu ətrafında fırlanmasına görə, Günəş hər zaman dünyanın bir tərəfini işıqlandırarkən, digər tərəfi isə kölgədə qalır. Kölgədə qalan tərəf gecənin qaranlığı ilə örtülür və sonra dünyanın Günəşə doğru dönməsi ilə gündüz gecənin yerini tutur. “Yasin” surəsində isə Günəşin və Ayın mövqeyi ilə bağlı belə bildirilir:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allah’ın) əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir. (Yasin surəsi, 38-40)