img
img

QURANDA GECƏ VƏ GÜNDÜZ BARƏDƏ AYƏLƏR

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah’ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (“BƏQƏRƏ” SURƏSİ / 164)
Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız.Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz).Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allah’ın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın.Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allah’ın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar. (“BƏQƏRƏ” SURƏSİ / 187)
Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (“BƏQƏRƏ” SURƏSİ / 274)
Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. (“ALİ İMRAN” SURƏSİ / 27)
Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və (günün) sonunda inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr. (“ALİ İMRAN” SURƏSİ / 72)
Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah’ın ayələrini oxuyurlar. (“ALİ İMRAN” SURƏSİ / 113)
Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. (“ALİ İMRAN” SURƏSİ / 190)
Onlar (öz günahlarını)insanlardan gizlədir, Allah’dan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki, onlar (Allah’ın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (“NİSA” SURƏSİ / 108)
Gecə və gündüzdə olanların hamısı Ona məxsusdur. O, Eşidəndir, Biləndir. (“ƏNAM” SURƏSİ / 13)
Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. (“ƏNAM” SURƏSİ / 60)
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi. (“ƏNAM” SURƏSİ / 76)
Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allah’ın müəyyən etdiyi hökmdür. (“ƏNAM” SURƏSİ / 96)
Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günorta çağı yatıb istirahət etdikləri vaxt gəldi. (“ƏRAF” SURƏSİ / 4)
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allah’dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur.Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (“ƏRAF” SURƏSİ / 54)
Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular? (“ƏRAF” SURƏSİ/ 97)
Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Camaatımın içərisində məni əvəz et, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!” (“ƏRAF” SURƏSİ / 142)
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah’ın göylərdə və yerdə yaratdıqlarında (Allah’dan) qorxan adamlar üçün dəlillər vardır. (“YUNUS” SURƏSİ / 6)
Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bər-bəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə, yaxud gündüz əmrimiz yerə yetişər.Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol (məh¬¬sulu) olmamışdı.Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik. (“YUNUS” SURƏSİ / 24)
Pis işlər görənlərə isə pis¬¬liyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər.Onları Allah’dan qoruya bilən bir kimsə də yoxdur.Onların üzləri sanki zülmət gecənin parçalarına bü¬¬rünmüşdür. Onlar Od sakinləridir¬ və orada əbədi qalacaqlar. (“YUNUS” SURƏSİ / 27)
(Allah) onları (bir yerə) toplayacağı gün, sanki (dünyada)(və)(yaxud)(qəbirdə) gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allah’la qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar.Onlar doğru yola yönələn deyillər. (“YUNUS” SURƏSİ / 45)
(Müşriklərə) de: “Söyləyin görüm, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər? (“YUNUS” SURƏSİ / 50)
Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də (ruzi qazanmanız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. (“YUNUS” SURƏSİ / 67)
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik.Onlar əsla sənə zərər yetirə bilməzlər.Gecənin bir vaxtında ailənlə birlikdə yola düş.Qoy içinizdən, arvadından başqa heç kəs dönüb arxaya baxmasın.Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir.Onların (həlak olmaq) vaxtı səhərdir.Məgər səhər yaxın deyilmi?” (“HUD” SURƏSİ / 81)
Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır.Bu, yada salanlar üçün bir xatırlatmadır. (“HUD” SURƏSİ / 114)
Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. (“RAD” SURƏSİ / 3)
Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər. (“RAD” SURƏSİ / 10)
(Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. (“İBRAHİM” SURƏSİ / 33)
Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın.Sizə əmr olunan yerə yollanın. (“HİCR” SURƏSİ / 65)
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. (“NƏHL” SURƏSİ / 12)
Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. (“İSRA” SURƏSİ/ 1)
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik.Biz hər şeyi təfsilatı ilə izah etdik. (“İSRA” SURƏSİ / 12)
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli)(vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur. (“İSRA” SURƏSİ / 78)
Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin. (“İSRA” SURƏSİ / 79)
O dedi “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adam¬¬larla danışmayacaqsan!” (“MƏRYƏM” SURƏSİ / 10)
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”(– deyə) vəhy etdik (“TAHA” SURƏSİ / 77)
Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (“TAHA” SURƏSİ/ 130)
Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə təriflər deyirlər. (“ƏNBİYA” SURƏSİ / 20)
Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (“ƏNBİYA” SURƏSİ / 33)
De: “Sizi gecə də, gündüz də sizi ər-Rəhmandan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər. (“ƏNBİYA” SURƏSİ / 42)
Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir. (“HƏCC” SURƏSİ / 61)
Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. (“MUMİNUN” SURƏSİ / 67)
Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir.Məgər (bunu) anlamırsınız? (“MUMİNUN” SURƏSİ / 80)
Allah gecə və gündüzü bir-birilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır. (“NUR” SURƏSİ / 44)
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (“FURQAN” SURƏSİ / 47)
Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur. (“FURQAN” SURƏSİ / 62)
Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər. (“FURQAN” SURƏSİ / 64)
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik. (“ŞÜƏRA” SURƏSİ / 52)
Onlar dedilər: “Bir-birinizin yanında Allah’a and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (“NƏML” SURƏSİ / 49)
Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır. (“NƏML” SURƏSİ / 86)
De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allah’dan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?” (“QƏSƏS”SURƏSİ / 71)
De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allah’dan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?” (“QƏSƏS” SURƏSİ / 72)
O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən (ruzi)axtarasınız. Bəlkə, şükür edəsiniz. (“QƏSƏS” SURƏSİ / 73)
Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır. (“RUM” SURƏSİ / 23)
Məgər Allah’ın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı (qoyduğu qanunlarına) ram etdiyini, üstəlik Allah’ın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? (“LOĞMAN” SURƏSİ / 29)
Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər. (“SƏCDƏ” SURƏSİ / 16)
Səbaqəbiləsiilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.) (“SƏBA” SURƏSİ / 18)
Zəiflər özləri haqda yüksək rəydə olanlara deyərlər: “Xeyr! (İşiniz) gecə-gündüz hiylə qurmaq idi.Siz bizə Allah’ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz”.Onlar əzabı gördükdə peşmançılıq hissini gizlədərlər.Kafirlərin boyunlarına zəncirlər vurarıq.Onlar ancaq etdikləri əməllərə görə cəzalandırılarlar. (“SƏBA” SURƏSİ / 33)
O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir.Bu sizin Rəbbiniz olan Allah’dır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (“FATİR” SURƏSİ / 13)
Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar. (“YASİN” SURƏSİ / 37)
Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz)orbiti (ilə) üzüb gedir. (“YASİN” SURƏSİ / 40)
həm də axşam çağı. Məgər anlamırsınız? (“SAFFAT” SURƏSİ / 138)
O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır. (“ZUMƏR” SURƏSİ / 5)
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəh¬¬mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (“ZUMƏR” SURƏSİ / 9)
Gecəni rahatlanmanız üçün yaradan, gündüzü (ruzi qazanmanız üçün) işıqlı edən Allah’dır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir. (“ĞAFİR” SURƏSİ / 61)
Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allah’a səcdə edin. (“FUSSİLƏT” SURƏSİ / 37)
Əgər onlar təkəbbür göstərsələr (bilsinlər ki,) sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər. (“FUSSİLƏT” SURƏSİ / 38)
Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. (“DUXAN” SURƏSİ / 3)
Hər bir hikmətli iş o (gecədə) ayırd edilir – (“DUXAN” SURƏSİ / 4)
(Allah dedi:) “Qullarımla birlikdə gecə yola çıx.Şübhəsiz ki, siz təqib olunacaqsınız. (“DUXAN” SURƏSİ / 23)
Gecə və gündüzün bir-birini əvəz etməsində, Allah’ın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə)yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır. (“CASİYƏ” SURƏSİ / 5)
Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et! Onlara (əzabın) tez gəlməsini istəmə.Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar.(Bu), bir təbliğatdır.Heç fasiq adamlardan başqası məhv edilərmi? (“ƏHQAF” SURƏSİ / 35)
Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de! (“QAF” SURƏSİ / 40)
Onlar gecələr (ibadət edib) az yatırdılar. (“ZARİYAT” SURƏSİ / 17)
Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de! (“TUR” SURƏSİ / 49)
O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir. (“HƏDİD” SURƏSİ / 6)
(Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. (“HAQQƏ” SURƏSİ / 7)
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. (“NUH” SURƏSİ / 5)
Az bir hissəsi istisna olmaqla gecələr (namaza) dur! (“MÜZZƏMMİL” SURƏSİ / 2)
Onun yarısını, yaxud ondan bir az əskilt, (“MÜZZƏMMİL” SURƏSİ / 3)
Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. (“MÜZZƏMMİL” SURƏSİ / 6)
Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır. (“MÜZZƏMMİL” SURƏSİ / 7)
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən¬¬ləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allah’ın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allah’a gözəl bir borc verin.(Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allah’dan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir! (“MÜZZƏMMİL” SURƏSİ / 20)
And olsun dönüb uzaqlaşan gecəyə! (“MÜDDƏSSİR” SURƏSİ / 33)
Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de! (“İNSAN”SURƏSİ / 26)
Gecəni örtük etdik. (“NƏBƏ” SURƏSİ / 10)
gündüzü isə ruzi qazanmaq vaxtı. (“NƏBƏ” SURƏSİ / 11)
gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). (“NAZİAT” SURƏSİ / 29)
And içirəm (gecə çıxıb gündüz) batan (ulduzlara) (“TƏKVİR” SURƏSİ / 15)
qaralmaqda olan gecəyə, (“TƏKVİR” SURƏSİ / 17)
gecəyə və (onun) ağuşuna aldıqlarına (“İNŞİQAQ” SURƏSİ / 17)
And olsun on gecəyə! (“FƏCR” SURƏSİ / 2)
And olsun keçib getməkdə olan gecəyə! (“FƏCR” SURƏSİ / 4))
And olsun (günəşi) açıqlığa çıxardan gündüzə! (“ŞƏMS” SURƏSİ / 3)
And olsun (günəşi)bürüyən gecəyə! (“ŞƏMS” SURƏSİ / 4)
And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə! (“LEYL” SURƏSİ / 1)
And olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə! (“LEYL” SURƏSİ / 2)
And olsun sakitləşən gecəyə! (“DUHA” SURƏSİ / 2)
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! (“QƏDR” SURƏSİ / 1)
Sən haradan biləsən ki, Qədr gecəsi nədir? (“QƏDR” SURƏSİ / 2)
Qədr gecəsi min aydan xeyirlidir. (“QƏDR” SURƏSİ / 3)
Zülmətə bürünməkdə olan gecənin şərindən; (“FƏLƏQ” SURƏSİ / 3)