GECƏ-GÜNDÜZ NÖVBƏLƏŞMƏSİNDƏN İSTİFADƏ EDƏRƏK KÖÇ EDƏN CANLILAR
QİDALANMA MƏQSƏDİ İLƏ KÖÇ EDƏNLƏR
Okean balıqlarının köç etməsi fərqlidir. Okean balıqları daim bir-neçə metrdən yüzlərlə metrə qədər
saatlar və ya günlərlə davam edən fərqli köçlər edirlər. Bu, bir-birindən fərqli səyahətlərin yeganə ortaq
məqsədidir. Bir çox balıqlar qidalanmaq üçün nizamlı şəkildə köç edirlər.
Sahil balıqları qidalanmaq məqsədi ilə edəcəkləri bu köçdə cərəyanlardan faydalanırlar. Dəniz cərəyanları sayəsində əvvəlcə sahilə, daha sonra geriyə, yerlərinə gedirlər. Beləliklə, hər gün bir-neçə saatları yemək
yeməklə keçir. Bəzi balıqlar isə gecə-gündüz dəyişməsindən istifadə edərək qidalanırlar. Karib mərcan
qayalıqlarında tutulanda çıxardığı səsə görə homurtu balığı olaraq tanınan rəngli sürü balığı yaşayır.
Bu balıqlar gündüzləri yem olmamaq üçün qayalıqların gizli yarıqlarında gizlənirlər, axşam olduqda isə
sürülər halında daha açıq yerlərə, özləri üçün qidanın bol olduğu yerlərə gedirlər. Dəniz otlarının bol
olduğu sahələrə yayılır və buradakı onurğasızları yeyərək qidalanırlar. Günəş doğmamışdan əvvəl də
eyni yolu izləyərək qayalıqlara geri qayıdırlar. Hər sürü illərlə öz gediş-gəliş yolunu istifadə edir. (John
Owen, Fantastic Journey, s.113)
KÖÇ EDƏN PLANKTONLARDAKI ÜSTÜN AĞIL
Plankton yunan sözüdür, gəzmək və ya sürünmək mənasında işlənir. Buna görə də okean və dənizlərdə hərəkət edən həm bitki, həm də heyvan mənşəli orqanizmlərin ortaq adıdır. Planktonların bəziləri gözlə görünməyəcək qədər kiçik ikən, bəzilərinin də boyu böyük dəniz adalarında olduğu kimi 3 metrə çatır. Həm bitki, həm heyvan mənşəli planktonlar okeanlarda şaquli və üfüqi olmaqla iki istiqamətdə köç edirlər. Bunlardan ən mühümü şaquli köçdür. Lakin adətən iki istiqamətdə hərəkət eyni vaxtda baş verir. Yuxarıya doğru hərəkətin əsas səbəbi qidalanmaqdır. Mövcud olduqları su axınında aşağı-yuxarı qida tapmaq üçün hərəkət edirlər. Bitki mənşəli planktonlar hərəkət edə bilmək üçün orqanizmlərindəki qaz, yağ və duz miqdarına nəzarət edirlər. Qaz və ya yağ miqdarının artması və duzun atılması orqanizmin yuxarı çıxmasını təmin edir. Bunun əksi isə aşağı enmək üçün istifadə edilir. Heyvan mənşəli planktonlar isə ayaqları, sərt tükləri və üzgəcləri ilə hərəkət edərək üzürlər. Heyvan mənşəli planktonlar köçlərini zamana və çoxalma dövrlərinə görə nizamlayırlar. Onların köçlərini idarə edən ən mühüm faktorun işıq olduğu təxmin edilir.Axşamın qaranlığında işığın azalması ilə planktonlar suyun üzərinə doğru hərəkət edirlər, şəfəq açdıqda da işığın artması ilə dərinliklərə geri qayıdırlar. Köçlərinə qidanın və düşmənin varlığı da təsir edir. Çoxu mikroskopik ölçülərdə olan bu canlıların köçlərinin vaxtını öz xeyirlərinə görə nizamlaya bilmələri üçün onları gözləyən təhlükələri və faydaları əvvəldən bilib, ona görə də tədbir görmələri lazımdır. Bu isə mühakimə bacarığına sahib olmaları deməkdir. Çünki heyvan mənşəli planktonların qidalandığı bitki mənşəli planktonlar günəşin bol olduğu su səthində olurlar.
Planktonlar
Lakin heyvan mənşəli planktonlarla qidalanan canlılar gündüz onları suyun səthində daha rahat görəcəkləri üçün gündüz qidalanmaları təhlükəlidir. Buna görə də heyvan mənşəli planktonlar gündüzləri dərinliklərdə olub, gecələri qidalanmaq üçün suyun səthinə çıxırlar. Planktonların necə hərəkət edəcəklərindən, nə vaxt və hansı istiqamətdə hərəkət edəcəklərinə qədər hər mərhələdə göstərdikləri bu şüurlu davranışlar çox heyrətləndiricidir. Onlara bu şüurlu hərəkətləri öyrədən, əlbəttə, hər şeyin Rəbbi olan Allah’dır:Böyük Ərşin Rəbbi olan Allah’dan başqa ilah yoxdur”. (“Nəml” surəsi, 26)
Allah’la yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (“Qəsəs” surəsi, 88)
Allah dənizlərdən göy üzünə qədər yaratdığı hər canlını yaratma sənətinin dəlilləri ilə bəzəmişdir. Düşünə bilən və ağıllı insanlar bu dəlilləri çox açıq şəkilə görə bilir və Allah’ı lazımınca təqdir edirlər. Halbuki, inkar edənlər həqiqətləri gördükləri halda bu dəlilləri qulaq ardına vururlar və inkar etməkdə dirənirlər. Belə ki, onların hansı dəlilləri görmələrindən asılı olmayaraq, iman gətirməyəcəklərini Allah Quranda bizə bildirmişdir:
.. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar...(“Ənam” surəsi, 25)
GECƏ GÖY ÜZÜNDƏ BAŞ VERƏN MÜXTƏLİF HADİSƏLƏR
Gecə teleskopla aparılan müşahidələrdə quş yollarından təxminən saatda 9.000 quş keçdiyi məlumdur. Gecə köçünün quşlara təmin etdiyi üstünlüklərdən ən vacib olanı düşmənlərindən bu yolla qaça bilmələridir. Gecə köç edən quşların böyük hissəsi kiçik və uçma qabiliyyəti zəif olanlardır. Buna görə də gecə qaranlığında uçmaq bu quşlar üçün daha etibarlıdır. Lakin gecə köçlərinin səbəbi yalnız bu deyildir. Çünki güclü uçmaq qabiliyyətinə malik olan və okeanda heç durmadan 3.200 km-lik məsafəni uça bilən bəzi sahil quşları da gecə köç edirlər. Quşların gecə səfərini seçmələrinin səbəblərindən biri də qidalanmalarıdır. Adətən gündüz qidalanan quşlarda həzm çox sürətlidir.Buna görə də quşların gündüz qidalanarkən qısa fasilələrlə qida qəbul etmələri və köçdən əvvəl bu qidaları bədənlərində yağ kimi depolamaları lazımdır. Əgər kiçik köçkünlər gündüz uzun müddət uçsalar, gecə gedəcəkləri yerə yorğun halda çatırlar və gecə qidalana bilməyəcəkləri üçün ertəsi səhəri gözləmək məcburiyyətində qalırlar. Bu vəziyyətdə ola bilsin ki, mövcud olduqları mühitin soyuqluğundan və enerji əldə edə bilmədiklərinə görə çoxu həyatını davam etdirə bilməyəcəkdir. Buna görə də bu canlılar gecəni səyahət edərkən hər tərəfli hərəkət etmiş olurlar. Gecə köçünün bir üstünlüyü də var, bu ətraf mühitin temperaturunun aşağı olmasıdır. Gün ərzində qanadlarını fasiləsiz çırpan quşlar üçün günəş işıqları həddən artıq isinmə təhlükəsi yaradır. Gecə səfəri də bu təhlükənin qarşısını alır. Bundan başqa, sərf etdikləri enerji də müəyyən temperatur əmələ gətirir. Quşlar bu temperaturu hava kisələrindən su buxarlaşdıraraq, yəni bir növ tərləmə ilə aşağı salırlar.
Quşların durmadan uça biləcəkləri məsafəni yağ depolarından başqa, böyük ehtimalla bədənin su itkisi də müəyyən edir. Buna görə də gecə köçlərində havanın sərinliyindən faydalanıb, daha az su itirərək bədən hərarətini sala bilirlər. Su itkisinin minimuma enməsi uçulan məsafəni də artırır. Bu canlıları Allah yaratmış və lazımlı bacarıqlarla təhciz etmişdir. Etdikləri bütün işlər də, Allah'ın varlığının və qüdrətinin dəlilidir.