NƏFƏS ALAN SƏHƏR
Quranda fotosintezin səhər vaxtı başladığı bildirilıir:
Qaralmaqda olan gecəyə və nəfəs almağabaşladığı zaman səhərə!(“Təkvir” surəsi, 17–18)
Bitkilər fotosintez edərkən, havadakı karbondioksidi,yəni insanın istifadə etmədiyi zərərli qazı udur və onun yerinə atmosferə oksigen xaric edir. Nəfəs alarkənudduğumuz və əsl həyat qaynağımız olan oksigen fotosintezin əsas məhsuludur. Atmosferdəki oksigenin təxminən 30%-i qurudakı bitkilər tərəfindən istehsal olunur. Yerdə qalan 70%-lik hissə dənizlərdə və okeanlarda olan və fotosintez edə bilən bitkilər və bir hüceyrəli canlılar tərəfindən istehsal olunur.
Fotosintez alimlərinhətta müasir dövrümüzdə belə tam olaraq izah edə bilmədikləri bənzərsiz prosesdir. Bu prosesi adi gözlə görə bilmərik, çünki bu mexanizmin işləməsi üçün atomlar və molekullar istifadə olunur. Lakin fotosintezin nəticələrini, nəfəs almağımızı təmin edən oksigendə və həyatda qalmağımızı təmin edən qidalarda görə bilərik. Fotosintez başa düşülməsi çətin kimyəvi düsturlar, gündəlik həyatda heç qarşılaşmadığımız kiçiklikdə say və ağırlıq vahidləri təşkil edən, çox həssas tarazlıqlar üzərində qurulmuş sistemdir. Bitkilər milyonlarla ildir ki, heç dayanmadan ehtiyacımız olan oksigeni, qidaları və enerjini istehsal edirlər.
Fotosintezin ən məhsuldar olduğuzaman oksigenin ən çox istehsal olunduğu zamandır. Bu da günəş işığının ən çox olduğusəhərsaatlarında baş verir. Günəşin doğuşu ilə birlikdə, yarpaqda tərləmə və buna bağlı olaraq fotosintez artmağa başlayır.
Günortadan sonra isə bu hadisə əksinə qayıdır. Yəni fotosintez yavaşlayır, tənəffüs artır, çünkü istiliyin artması ilə birlikdə tərləmək də sürətlənir. Gecə isə istiliyin azalması ilə birlikdə tərləmə yavaşlayır və bitki rahatlayır.
“Təkvir”surəsində səhər vaxtı ilə əlaqədar olaraq diqqət çəkilən “iza teneffese”, yəni “nəfəs almağa başladığı zaman” ifadəsi məcazi mənada tənəffüs etmək, dərindən nəfəs almaq mənasını verir. Ayədə vurğulanan bu ifadə səhər vaxtı oksigen istehsalının başlaması tənəffüsün əsas şərti olan oksigenin ən çox olaraq bu vaxtda əldəedilməsibaxımından çox diqqət çəkir. Ayədə səhər vaxtı ilə bağlı olaraq bu vəziyyətə and içilməsi də mövzunun əhəmiyyətini vurğulayır. 20-ci əsrin mühüm kəşfləri arasında yeralan fotosintez fəaliyyəti Allah’ın yuxarıdakı ayə ilə işarə etdiyi Quranın elmi möcüzələrindən biridir.